Rusiyadan Azərbaycana keçən şəxsin corabından qızıl çıxıb
Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun piyada xəttinə Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
1news.az Komitənin saytına istinadən xəbər verir ki, yoxlama zamanı, həmin vətəndaşın ayağındakı corablardan 1 ədəd cib saatı qabı, 2 ədəd qolbaq, 1 ədəd boyunbağı, 1 cüt sırğa, 2 ədəd sırğa tayı və 1 ədəd sırğa tayının keçirmə hissəsi olmaqla, ümumi çəkisi 87,39 qram olan qızıl məmulatı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
1news.az
363