ANS yayımının dayandırılmasına görə MTRŞ-nı məhkəməyə verib | 1news.az | Xəbərlər
Cəmiyyət

ANS yayımının dayandırılmasına görə MTRŞ-nı məhkəməyə verib

13:20 - 09 / 08 / 2016
ANS yayımının dayandırılmasına görə MTRŞ-nı məhkəməyə verib

“ANS” Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətinə baxılacaq.

1news.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, şikayətə avqustun 10-da Bakı Apellyasiya Məhkəməsində hakim Elşanə Vəliyevanın sədrliyi ilə baxılacaq.

“ANS” Müstəqil Yayım və Media Şirkəti şikayəti “İnzibati aktın etibarsız hesab edilməsi” (yayımın müvəqqəti dayandırılması barədə 18 iyul 2016-cı il tarixli qərar) ilə bağlı verib.

1news.az

Paylaş:
722

Son xəbərlər

Bütün xəbərlər