Millimiz ikinci oyununda sülh bağladı | 1news.az | Xəbərlər
Futbol

Millimiz ikinci oyununda sülh bağladı

16:40 - 09 / 08 / 2016
Millimiz ikinci oyununda sülh bağladı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın Şımkent şəhərində təşkil olunmuş  “Prezident kuboku” turnirində ikinci oyununu keçirib.

1news.az-ın məlumatına görə, Tacikistanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşan yığmamız heç-heçə edib – 2:2. Komandamızın qollarını Kamran Quliyev və Şakir Seyidov vurub.

Futbolçularımız turnirdə növbəti oyununa avqustun 11-də çıxacaq. Rusiya-2 yığmasına qarşı keçiriləcək oyun Bakı vaxtı ilə saat 08:00-da başlayacaq.

Xatırladaq ki, ilk oyunda İran yığması ilə qarşılaşan millimiz 0:3 hesabı ilə rəqibinə məğlub olub.

1news.az

Paylaş:
543

Son xəbərlər

Bütün xəbərlər