Azərbaycan-İran-Rusiya görüşü: üçtərəfli əməkdaşlıq formatının yeni nümunəsi – Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan-İran-Rusiya görüşü: üçtərəfli əməkdaşlıq formatının yeni nümunəsi – Newtimes.az

15:37 - 10 / 08 / 2016
Azərbaycan-İran-Rusiya görüşü: üçtərəfli əməkdaşlıq formatının yeni nümunəsi – Newtimes.az

Bakıda prezidentlər İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin bir araya gəlməsinə ekspertlərin böyük maraq göstərməsi təsadüfi deyil. Regionun üç nüfuzlu ölkəsi müxtəlif sahələri əhatə edən və qarşılıqlı əlaqələrin inkişafına xidmət göstərən məsələləri müzakirə ediblər. Tərəflər iqtisadi, mədəni, enerji, nəqliyyat, turizm, təhsil kimi vacib sferalarda əməkdaşlığı yeni səviyyəyə qaldırmaq haqqında ümumi razılığa nail olublar.

Terrorçuluğa qarşı mübarizə, ekstremizmin qarşısının alınması, ayrı-ayrı sahələr üzrə əməkdaşlıq, yeni enerji layihələrinin həyata keçirilməsi, "Şimal-Cənub" nəqliyyat dəhlizinin reallaşdırılması və başqa sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi qərara alınıb. Bu kimi məqamlar üç ölkə rəhbərlərinin görüşünün regional miqyası aşdığı və qlobal siyasətin aktual problemləri ilə çulğaşdığı nəticəsini çıxarmağa imkan verir.

İlham Əliyevin təşəbbüsü: regional inteqrasiyada yeni imkan

Avqustun 8-də Xəzər-Qafqaz regionunun siyasi nəbzi sözün həqiqi mənasında Bakıda döyündü. Rusiya və İran kimi böyük dövlətlərin rəhbərləri Azərbaycan paytaxtında aktual məsələləri müzakirə etmək üçün Azərbaycan Prezidenti ilə görüşdülər. Əvvəlcə Vladimir Putinin İlham Əliyevə bu görüşün təşəbbüskarı olduğuna görə təşəkkürünü bildirməsinin siyasi əhəmiyyətini vurğulamaq istərdik. Çünki üçtərəfli görüş formatı dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi sistemli və ardıcıl xarici siyasətin mühüm aspektini təşkil edir. Rusiya-İran-Azərbaycan üçlüyünün Bakı sammiti həmin çərçivədə uğurlu əməkdaşlıq formatının əyani təzahürü kimi qiymətləndirilməlidir. Əvvəlki illərdə Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkiyə-Türkmənistan formatlarında baş tutan müzakirələr indi Rusiya-Azərbaycan-İran formatında keçirilir. Deməli, Azərbaycan rəhbərinin təşəbbüsü ilə regionda əməkdaşlığın yeni və çox səmərəli forması öz təsdiqini tapmaqdadır.

Elə məhz bu kimi məqamları nəzərdə tutan Rusiya Prezidenti zirvə görüşünün ciddi geosiyasi nəticələrinin ola biləcəyinə işarə edib. Aparılan müzakirələrin məzmunu həmin qənaəti tam təsdiqləyir. Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani şəksiz aktual olan və siyasi, iqtisadi, geosiyasi, enerji, nəqliyyat, təhlükəsizlik sahələrini əhatə edən problemlər barədə fikir mübadiləsi aparıblar.

Demək olar ki, bütün məsələlər üzrə ortaq mövqe müəyyənləşdirilib. Təbii ki, bir çox əməkdaşlıq məqamları üzərində işləri davam etdirmək lazım gəlir. Prezidentlərin görüşdən sonra imzaladıqları Bəyannamədə həmin amillər öz əksini tapıb (bax: Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası Prezidentlərinin Bəyannaməsi / AZƏRTAC, 9 avqust 2016).

Azərbaycan Prezidenti vurğulayıb ki, Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatı "böyük potensiala malikdir". Bu çox önəmli, yeni geosiyasi təşəbbüs regionda sülhün, təhlükəsizliyin, sabitliyin təmin olunmasında əhəmiyyətli addımlardan biridir. Dövlət başçısı fikirlərini davam etdirərək ifadə edib: "Əsasını qoyduğumuz bu format beynəlxalq aləmdə özünə layiq yerini tutacaq. Biz bu gün mehriban qonşuluq nümunəsini göstəririk. Biz bu gün sübut edirik ki, əgər qarşılıqlı hörmət, xoş niyyət varsa, arzularımız səmimidirsə hətta bizim qeyri-sabit, böhran və münaqişələrlə dolu olan regionumuzda ölkələrimizi risklərdən qoruya, sabitliyi möhkəmləndirə, əməkdaşlığı dərinləşdirə bilərik" (bax: Bakıda Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşü keçirilib / AZƏRTAC, 8 avqust 2016).

Bu fikirlərdə zirvə görüşünün əsas qayəsi, məqsədi və məzmunu dolğun şəkildə öz əksini tapıb. Burada əsas məqsəd regionda əməkdaşlıq əlaqələrini inkişaf etdirməklə sabitliyi möhkəmləndirmək və mümkün risklərdən qorunmaqdır. Məsələ ondan ibarətdir ki, Cənubi Qafqaza yaxın geosiyasi məkanlarda həm risklər artıb, həm də xaotik durum yaradan silkələnmələr müşahidə edilir. Sirr deyil, bu qeyri-müəyyənlik dalğasının daha geniş məkanlara yayılmasında maraqlı olan dairələr var. Belə dağıdıcı tendensiyaların qarşısını isə yalnız səmimi əməkdaşlıq vasitəsi ilə səmərəli şəkildə almaq olar.

Bütün bunlara görə Bakıda "Şimal-Cənub" dəhlizinin perspektivləri, nəqliyyat, enerji, təhsil və başqa sahələrdə əlaqələri yeni səviyyəyə yüksəltmək haqqında razılığın əldə olunması vacib nəticələrdən biridir. Həmin kontekstdə Rusiya prezidenti Vladimir Putinin Azərbaycanla ticarət dövriyyəsinin daha da artırılması imkanlarından danışması əhəmiyyətli məqamlardandır. Şübhə yoxdur ki, hər iki ölkə rəhbərliyi bu aspektdə ciddi addımlar atmağa hazırdırlar.

Enerji və təhlükəsizlik faktorları: çoxvektorlu siyasət kontekstində

Bunların fonunda iki məsələ – regiondakı münaqişələrin həlli və Xəzər dənizinin statusu xüsusi maraq doğurub. Prezidentlərin qəbul etdikləri Bəyannamədə qeyd olunur: "Tərəflər etiraf edirlər ki, regiondakı həll olunmamış münaqişələr regional əməkdaşlığa əsas maneədir və bu xüsusda onların tezliklə beynəlxalq hüququn prinsip və normaları və bu çərçivələrdə qəbul edilmiş qərar və sənədlər əsasında danışıqlar vasitəsilə sülh yolu ilə həll olunması vacibliyini vurğulayırlar" (bax: Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası Prezidentlərinin Bəyannaməsi / AZƏRTAC, 9 avqust 2016).

Bununla Azərbaycanın daim vurğuladığı iki faktor Rusiya və İran tərəfindən də təsdiqlənmiş oldu: birincisi, həll olunmamış münaqişələr regional əməkdaşlığa ciddi maneədir, ikincisi, bu münaqişələr yalnız beynəlxalq hüququn normaları çərçivəsində həll olunmalıdır Hər iki müddəa rəsmi Bakının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində qətiyyətli mövqeyinin göstəricisidir. Onların reallaşması isə münaqişə ilə bağlı mövcud status-kvonun dəyişməsi sayəsində mümkündür. Azərbaycanın dövlət başçısı daim həmin məqamı qətiyyətlə vurğulayır. Deməli, bütün hallarda Rusiya və İran status-kvonun dəyişməsini müdafiə edirlər və həmin istiqamətdə real addımların atılması gözləniləndir.

Digər vacib məsələ olan Xəzərin statusu ilə bağlı da üç ölkə Bakı Bəyannaməsində konkret mövqe ortaya qoyublar. Burada vurğulanır: "Tərəflər Xəzər dənizini sülh, dostluq, təhlükəsizlik və əməkdaşlıq dənizi kimi nəzərdən keçirərək Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tezliklə razılaşdırılması və qəbul edilməsinin vacibliyini qəbul etdilər" (bax: əvvəlki mənbəyə). Göründüyü kimi, Azərbaycan, Rusiya və İran Xəzərin statusunun tezliklə müəyyənləşdirilməsində maraqlıdırlar. Onlar regional təhlükəsizliyi təmin etmək üçün bu faktorun ciddi rol oynadığını qəbul edirlər. Xəzərdə həll edilməmiş problem qalarsa, onda kənar qüvvələr ondan qeyri-müəyyənlik, intriqalar yaratmaq üçün istifadə edə bilərlər. Buna görə də Bakı zirvə görüşünün bütövlükdə Xəzər-Qafqaz regionu üçün müsbət geosiyasi nəticələri olacağına inam çoxdur. Buna konkret məzmun verən isə iqtisadi, enerji, nəqliyyat, informasiya sahələrində əldə olunan razılıqlardır.

Yuxarıda qeyd edilən məqamlar fonunda Bəyannamədə terrorçuluq, ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, silahların, narkotik vasitələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətkarlıqla mübarizə ilə bağlı mövqenin yer alması çox əlamətdardır. Çünki müasir mərhələdə sadalanan hallar bütövlükdə milli dövlətçiliyə, təhlükəsizliyin bütün aspektlərinə ciddi təhdidlər törədir. İndi belə hallardan ölkələrə qarşı aparılan gizli müharibələrdə istifadə edilir.

Azərbaycan, Rusiya və İranın həmin hallara qarşı birgə mübarizə aparmaq barədə ümumi razılığa gəlməsi müxtəlif xarakterli sistemli təhlükələri önləmək üçün real şansın yarandığını göstərir. Şübhə yoxdur ki, həmin özəllik hibrid müharibələrin müşahidə edildiyi bir zamanda xüsusi əhəmiyyət daşıyır.

Beləliklə, 2016-cı il avqustun 8-də Bakıda tarixi bir hadisənin baş verdiyini əminliklə deyə bilərik. Böyük Xəzər üçlüyü rəhbərlərinin regionun taleyi baxımından ciddi əhəmiyyəti olan zirvə görüşünün keçirilməsi həm də rəsmi Bakının müstəqil xarici siyasətinin təntənəsidir. Azərbaycan iqtisadiyyat, enerji, mədəniyyətlərarası dialoq və s. sferalarda regional liderliyini geosiyasi təşəbbüsləri ilə daha da yüksək səviyyəyə qaldırmış olur. Bakı sammiti bu kontekstdə yeni bir parlaq səhifədir.

1news.az

Paylaş:
615

Son xəbərlər

Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24
Bütün xəbərlər