UEFA Superkubokunun qalibi müəyyənləşdi
Kubok ötən il olduğu kimi, bu il də İspaniyaya gedib.
1news.az xəbər verir ki, sadəcə keçən ildən fərqli olaraq bu dəfə nüfuzlu mükafatı “Barselona” deyil, onun əzəli rəqibi “Real” qazanıb.
Məyus olan komanda isə dəyişməyib. "Sevilya" ötən il olduğu kimi, bu dəfə də əlavə vaxtda mükafatı əldən verib.
Üstəlik bu matç rəqiblərin ikinci Superkubok dueli idi. 2014-cü ildə də “Real” həmin vaxt Uelsin Kardiff şəhərində keçirilən görüşdə “Sevilya”dan daha güclü olmuşdu – 2:0. Hər iki qolu Kriştianu Ronaldo vurmuşdu.
Bu gecə baş tutan finalda isə azarkeşlər bol qol izləyiblər. Hesabı “Real” açsa da, “Sevilya” sonradan vurduğu 2 qolla irəli keçiblər. Lakin, onlar bu üstünlüyü sona qədər saxlaya bilməyiblər.
Matçın son saniyələrində hesabı bərabərləşdirən “Real” oyunu əlavə vaxtda aparıb. 119-cu dəqiqədə daha bir qol vuran Madrid təmsilçisi görüşdən 3-2 qalib qayrılıb.
“Real” (İspaniya) – “Sevilya” (İspaniya) - 3:2
Qollar: Asensio, 21, Serxio Ramos, 90+3, Karvaxal, 119 - Vazgez, 41, Konoplyanka, 72 (pen.)
1news.az