ADIF lisenziyası ləğv edilən 4 banka borclu olan müştərilərə müraciət edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

ADIF lisenziyası ləğv edilən 4 banka borclu olan müştərilərə müraciət edib

12:06 - 11 / 08 / 2016
ADIF lisenziyası ləğv edilən 4 banka borclu olan müştərilərə müraciət edib

Əmanətlərin Sığortalanması Fondu (ADIF) lisenziyası ləğv edilən "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-yə borclu olan fiziki və hüquqi şəxslərə müraciət edib.

1news.az-a ADIF-dan verilən xəbərə görə, 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.07.2016-cı il tarixli 2-1(81)-3620/2016 saylı qərarı ilə "Zaminbank" ASC, 2-1 (81)-3619/16 saylı qərarı ilə "Kredobank" ASC, 2-1 (81)-3618/2016 saylı qərarı ilə "Parabank" ASC və 2-1(81)-3617/2016 saylı qərarı ilə "Dekabank" ASC məcburi ləğv edilib. Əmanətlərin Sığortalanması Fondu bu il iyulun 25-dən bu bankların ləğvedicisi kimi fəaliyyətə başlayıb.

Bununla əlaqədar olaraq, ləğvedici məcburi ləğv edilmiş banklar qarşısında borc öhdəliyi (kreditləri) olan, fiziki və hüquqi şəxslərə bildirir ki, Azərbaycan Respublikasının "Banklar haqqında" Qanununun 59-cu maddəsinə uyğun olaraq, bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur.

"Ləğv prosesində olan banklara borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən borclu fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcək. Bankın məcburi ləğv olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir", - deyə məlumatda qeyd edilir.

Banka borcu olan şəxslər məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərlər: Bakı şəhəri, Bülbül prospekti 40, əlaqə nömrələri: (994 12) 596-65-91/92/93, qaynar xətt: 941.

Mövzu ilə əlaqədar oxuyun:       

Azərbaycanda daha dörd bankın lisenziyası ləğv olunub - YENİLƏNİB

Əmanətlərin Sığortalanması Fondu ləğvedicisi olduğu bankların əmlakını satışa çıxarır

1news.az

Paylaş:
2282

Son xəbərlər

Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46
Bütün xəbərlər