İsrailin müdafiə naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələrini qəbul edib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

İsrailin müdafiə naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələrini qəbul edib – FOTO

13:23 - 12 / 08 / 2016
İsrailin müdafiə naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələrini qəbul edib – FOTO

Avqustun 11-də Təl-Əvivdə İsrailin müdafiə naziri Aviqdor Liberman Nizami Gəncəvi  Beynəlxalq Mərkəzinin baş katibini və baş katibin müavinini qəbul edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, görüşdə nazir A.Libermana Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, onun fəaliyyəti və mərkəzin təçkilatçılığı ilə  2013-cü ildən bəri keçirilən Qlobal Bakı Forumları barədə geniş məlumat verilib. Bildirilib ki,  Nizami Gəncəvi Beynəlxalq Mərkəzi artıq düşüncə mərkəzinə, vahid siyasi platformaya  çevrilib və burada aparılan müzakirələr region dövlətləri üçün çox vacibdir.

A.Liberman Azərbaycan və  İsrail dövləti arasındakı dostluq münasibətlərindən, Azərbaycanda yaşayan yəhudi icmasına göstərilən yüksək diqqət və qayğıdan söz açıb.

Sonda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri nazir A.Libermanı gələn il Bakı şəhərində keçirilməsi nəzərdə tutulan V Qlobal Bakı Forumuna dəvət edib.

Qeyd edək ki, 2016-cı ilin may ayında İsrailin müdafiə naziri təyin olunan A.Liberman daha öncə İsrailin milli infrastruktur naziri, nəqliyyat naziri, xarici işlər naziri və baş nazirin müavini vəzifələrində çalışıb.

1news.az

Paylaş:
561

Son xəbərlər

Bütün xəbərlər