Rasim Musabəyov Putinin Qarabağla bağlı bəyanatı haqqında: “Bəs ... sonra?”
Əgər Ermənistan işğal etdiyi beş rayonu qaytarmazsa bu, müharibə deməkdir. Bunu Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirib.
Onun sözlərinə görə, ideya üzrə ermənilər beş deyil, altı rayonu qeyd-şərtsiz azad etməlidir. Belə ki, bununla bağlı BMT Təklüksizlik Şurasının müvafiq qətnamələri var:
“Lakin biz erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən çıxarılmasını tələb etmək hüququna sahibik”.
R.Musabəyov həmçinin Rusiya prezidenti Vladimir Putinin məsələ ilə bağlı tərəflər elə qərar qəbul etməlidir ki, bu, hər iki tərəf üçün güzəşt olmalıdır fikirlərini şərh edib:
“Ümumiləşmə “qalib və məğlub” formasında olmamalıdır. Bu, 20 ildir ki, təkraralanan ümumi sözlərdir. Bəs ... sonra? Bu cür ümumiləşmiş fikirlər cavabdan yayınmaq deməkdir. Həqiqət isə hələ açılmayıb”.
“Kompromisin əldə edilməsi ərazi bütövlüyü və xalqların təyini-müqəddərat hüququ prinsipləri arasında optimal tarazlığın tapılmasını nəzərdə tutur. Biz Azərbaycan və Ermənistan rəhbərliyi üzərində necə böyük bir məsuliyyətin olduğunu tam başa düşürük. Münaqişənin həllinə dair bu il iyunun 20-də Sankt-Peterburqda keçirilən sonuncu sammitdə üstünlük təşkil edən konstruktiv əhval-ruhiyyəni alqışlayırıq.
Tənzimlənmənin son məqsədi elə bir razılaşma olmalıdır ki, tərəflərdən heç biri nə qalib, nə də məğlub sayılsın, güzəştlər qarşılıqlı, tərəflərin hər birinin qazancı həm Azərbaycanda, həm Ermənistanda ictimai rəy üçün aydın olsun.
Öz növbəsində Rusiya problemin cəlb olunmuş bütün tərəfləri razı salacaq həll variantını dəstəkləməyə, digər vasitəçilərlə birlikdə tənzimləmənin qarantı kimi çıxış etməyə hazırdır”, - bu bəyanatı Rusiya Federasiyasının Prezidenti Vladimir Putin AZƏRTAC-a müsahibəsində bildirib.
Bununla belə politoloq qeyd edib ki, Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə bağlı təklifləri qəbul etməyəcək. Qalan hər məsələyə baxıla bilər:
“Təəssüflər olsun ki, Ermənistan öz növbəsində təkrarlayır: “Biz hər bir məsləyə baxa bilərik. Lakin Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq”.
Bu iki mövqeni birləşdirmək olmaz. Madrid prinsiplərinin mahiyyəti də bundadır ki, bu məsələ mötərizəyə alınır. Erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə bağlı hansı addımların atılması məsələsi hələlik aydın deyil”.
R.Musabəyovun fikrincə, həqiqət bundadır ki, Rusiya ermənilərə izah etməlidir ki, onun tələblərinə inad etmək müharibəyə təhrik deməkdir. Və belə olan halda rusların dəstəyinə araxalanmaq mümkün olmayacaq:
“Əgər bu, ermənilər tərəfindən dərk edilərsə, o zaman erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə bağlı təkliflər də həyata keçəcək. Yox, əgər ermənilərə bu aydın izah edilməyəcəksə və bizə söyləsələr ki, Ermənistanda vəziyyət çətindir, Serj Sarkisyan bu qərarı qəbul etmək gücünə malik deyil, dözün, o zaman bu, məsələdən yayınmaq deməkdir. Belə olan halda Azərbaycan bu məsələni öz imkanları daxilində həll etməyi düşünməlidir”.
1news.az