Əfsanəvi futbolçu “Lester”ə görə soyundu - VİDEO
İngiltərə millisinin keçmiş futbolçusu Qari Lineker efirə alt paltarında çıxıb.
1news.az apasport.az-a istinadən xəbər verir ki, hazırda BBC kanalında idman şərhçisi kimi çalışan bir zamanların məşhur oyunçusu verdiyi sözü tutmaq üçün bu addımı atıb.
Belə ki, ötən mövsümün gedişində əgər “Lester” çempion olarsa, yeni mövsümün ilk proqramına alt paltarında çıxacağına söz verən Lineker vədinə əməl edib.
Qeyd edək ki, o, “Match of the Day” verilişininin aparacısıdır.
1news.az
644