Azərbaycanlı aparıcı ərə getdi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı aparıcı ərə getdi - FOTO

15:02 - 15 / 08 / 2016
Azərbaycanlı aparıcı ərə getdi - FOTO

Azərbaycanlı aparıcı və ölkəmizin “Eurovision” nümayəndə heyətinin rəhbəri olan Tamilla Şirinova Avstriyada ərə gedib.

1news.az-ın “Trend Life”a istinadən məlumatına görə, Karintiya federal əyalətində baş tutan toyda yaxın ailə üzvləri iştirak edib.

T.Şirinova həyat yoldaşı ilə keçən il Vyanada keçirilən “Eurovision” yarışması zamanı tanış olub. Onlar müsabiqənin baş tutduğu arenada bir yerdə işləyiblər:

“Bu ilk baxışdan sevgi idi. Mən çox xoşbəxtəm. Dünyaya, həyata baxışımızda ortaq cəhətlərimiz çoxdur. Biz bir yerdə səyahət etməyi sevirik, ona görə çoxlu ölkədə olduq. Mən taleyimə minnətdaram. Onunla aramızda sehrli bir əlaqə var. O, mənim ən yaxın dostum və tərəf müqabilimdir... Yaxınlarım, qohumlarım istəsə də, Bakıda toy olmayacaq”, - deyə Tamilla açıqlamasında bildirib.

T.Şirinovanın həyat yoldaşı musiqi ilə peşəkar şəkildə məşğul olur və müxtəlif musiqi alətlərində ifa etməyi bacarır.

Qeyd edək ki, Tamilla Şirinova 10 ildən çox İTV-də çalışıb. Daha sonra isə o, TRT Avaz-da işini davam etdirib.

1news.az

Paylaş:
799

Son xəbərlər

Bütün xəbərlər