Nadir Qafarzadən izləyicilərinə sərt sözlər: “Ürəkli oğlan yazsın…”
Müğənni Nadir Qafarzadə sosial şəbəkədə onu tənqid edənlərə sərt cavab verib.
1news.az-ın axşam.az-a istinadən məlumatına görə, ifaçı əvvəl etirazını bu formada bildirib:
“Məni sevənləri Allah saxlasın, sevməyənlər isə savadsız ve zövqsüz, cahillərdir! Onların sevgisi də özləri kimi keyfiyyətsizdir! Çünki mənim varlığım onları narahat edir! Mən Allahın mübarək ve seçilmiş bəndəsiyəm. Təhqir ve söyüş yazanlar, yazdıqlarınız özünüzə, ananıza, bacınıza və bütün nəslinizə…
İndi ürəkli oğlan yazsın, amma telefon nömrəsini də yazsın. Mən isə kefdəyəm, Allah sizi kölə, şanssız və yazıq yaradıb”.
Müğənninin bu yanaşması izləyiciləri əsəbiləşdirib. Daha sərt etirazlarla üzləşən N.Qafarzadə paylaşımını silərək dediklərinə aydınlıq gətirməyə çalışıb:
“...Bir daha dünənki, söhbətə aydınlıq gətirmək istəyirəm ki, heç kəsə heç nə qaranlıq qalmasın. Dünən yazdıqlarım mənim şəxsi səhifəmə girib tənqid edənlərə idi, hamıya yox. Kim məni sevmirsə, Allah canını sağ eləsin. Sevgi güc və zorla deyil, içdən gəlməlidir. Ömür boyu xalqıma, dövlətimə borcluyam. Təbii ki, bir də Allahıma.
Məni narahat edən bir məsələ var, bəs biz kimi sevirik və bizi kim sevir? Dostumuz və düşmənimiz kimdir? Hələ ki, bunu ayırd edə bilmirik. İnsan gərək məqsədli və mövqeli olsun. Azərbaycanda yaxşı insanlar çoxdur, amma etiraf edək ki, pislər də az deyil. Paxıllar, ev yıxanlar, ailə dağıdanlar, dələzudlar, yalançı və oğrular! Allah hamını belələrindən qorusun. Həyat qısadır, gəlin mehriban olaq və elə yaşayaq ki, sonra peşmançılıq çəkməyək. Düşmənlərimizi özümüzə güldürməyək. Çaşanlar isə qara qutuya dərhal atılacaq”.
1news.az