Podolski Almaniya millisi ilə vidalaşdı
Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Lukas Podolski Almaniya yığmasındakı karyerasını başa vurub.
1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu yığmada yaşadıqları üçün hər zaman qürur duyduğunu və qəlbindəki Bundestim sevgisi əbədi olaraq davam edəcəyini söyləyib.
Podolski müxtəlif zamanlarda baş məşqçisi olmuş Rudi Föller, Yurgen Klinsmann və xüsusilə də Yoahim Lövə təşəkkür edib. O, bundan sonra Almaniya millisinin böyük azarkeşi olacağını söyləyib.
Qeyd edək ki, 2004-cü ildən Almaniyanın əsas yığmasının şərəfini qoruyan Podolski Bundestimdə keçirdiyi 129 oyunda 48 qol vurub.
1news.az
728