Rio-2016: Elvin Məmişzadənin 1/4 finaldakı rəqibi bəlli oldu | 1news.az | Xəbərlər
İdman

Rio-2016: Elvin Məmişzadənin 1/4 finaldakı rəqibi bəlli oldu

20:37 - 15 / 08 / 2016
Rio-2016: Elvin Məmişzadənin 1/4 finaldakı rəqibi bəlli oldu

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiyadası boks yarışları ilə davam edir.

1news.az –ın verdiyi məlumata əsasən,  Azərbaycanı yarışda təmsil edən Elvin Məmişzadə 1/8 final mərhələsində qazaxıstanlı Oljas Satibayevlə rinqə çıxıb.

52 kq çəki dərəcəsində mübarizə aparan E.Məmişzadə qardaş ölkənin təmsilçisinə qalib gələrək 1/4 finala yüksəlib.

1/4 finala boksçumuz özbəkistanlı Şaxobidin Zoirovla qarşılaşacaq.

Qeyd edək ki, bu döyüş avqustun 17-i Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

1news.az

Paylaş:
742

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər