Məşhur futbolçuları əkiz oğulları Türkiyəyə transfer oldu - FOTO
1996-1999-cu illərdə “Beşiktaş”da oynamış nigeriyalı futbolçu Daniel Amokaçinin iki oğlu da “ağ-qaralar”la razılaşıb.
1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Amokaçinin Nazim və Kalim əkiz oğlanları “Beşiktaş” U21 heyətində forma geyinəcəklər.
Keçmiş futbolçu bu barədə sosial mediada yazıb ki, bu transferin övladlarının karyerasında böyük bir irəliləyişə səbəb olacağına inanır.
Amokaçi onları böyük qürurla izləyəcəyini bildirib.
Qeyd edək ki, Daniel Amnokaçi “Beşiktaş”ın heyətində 77 oyunda 19 qol vurub.
1news.az
577