Güclü külək Goranboyda ölümə səbəb olub
Goranboyda güclü küləyin aşırdığı ağac bir nəfəri öldürüb.
1news.az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, avqustun 15-də Goranboy rayonunun Qaradağlı kəndində güclü külək nəticəsində aşan ağac kənd sakini Siyasət Quliyevin üstünə düşüb.
Ağır xəsarət alan S.Quliyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, dünən səhərdən etibarən ölkə ərazisində müşahidə edilən güclü küləkli hava şəraitinin sabah da davam edəcəyi gözlənilir.
1news.az
401