Milli Təhlükəsizlik Nazirliyinin emblemində dəyişiklik edilib | 1news.az | Xəbərlər
Rəsmi

Milli Təhlükəsizlik Nazirliyinin emblemində dəyişiklik edilib

18:35 - 16 / 08 / 2016
Milli Təhlükəsizlik Nazirliyinin emblemində dəyişiklik edilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin emblemi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 25 mart tarixli 216 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin emblemi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 25 mart tarixli 216 nömrəli Fərmanını “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 dekabr tarixli 706 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

 “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin emblemi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 25 mart tarixli 216 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 174) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında və mətnində (hər iki halda) “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin emblemi haqqında Əsasnamə” üzrə:

2.1. adında,1-ci hissəsinin birinci və ikinci cümlələrində, 2-ci hissəsində, 3-cü hissəsində (hər üç halda) və 4-cü hissəsinin birinci, ikinci və üçüncü abzaslarında “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin;

2.2. 1-ci hissəsinin birinci cümləsində “milli təhlükəsizlik” sözləri “dövlət təhlükəsizliyi” sözləri ilə əvəz edilsin;

2.3. 2-ci hissəsində “Nazirliyin” sözü “Xidmətin” sözü ilə, “Milli Təhlükəsizlik Nazirliyinə” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinə” sözləri ilə əvəz edilsin.

3. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin rəsmi embleminin təsviri” üzrə:

3.1. adında, birinci hissəsində və emblemin şəklinin adında “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin;

3.2. ikinci hissəsinin birinci cümləsində “MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİ” sözləri “DÖVLƏT TƏHLÜKƏSİZLİYİ XİDMƏTİ” sözləri ilə əvəz edilsin;

3.3. emblemin şəkli yenisi ilə əvəz edilsin (əlavə olunur)”.

1news.az

Paylaş:
677

Son xəbərlər

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilibBu gün, 10:56Oğuzda quldurluq edən şəxs saxlanılıbBu gün, 10:46Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:30İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar - YENİLƏNİBBu gün, 10:16Bakıda iki yol qəzası baş verib, sıxlıq yaranıbBu gün, 10:03Belarus Prezidentinin ölkəmizə dövlət səfəri iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir17 / 05 / 2024, 21:16Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib - FOTO17 / 05 / 2024, 17:45DYP Cavanşir körpüsü üzərində hərəkətin məhdudlaşdırılması barədə müraciət edib17 / 05 / 2024, 17:25Aprelin 21-dəki buraxılış imtahanının nəticələri açıqlanıb17 / 05 / 2024, 17:08Kamran Əliyev Düşənbədə ikitərəfli görüşlər keçirib17 / 05 / 2024, 16:53Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİB17 / 05 / 2024, 16:41Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik edib17 / 05 / 2024, 16:34Magistraturaya qəbulun yekun nəticələri açıqlanıb17 / 05 / 2024, 16:12Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir17 / 05 / 2024, 15:59Yağıntılı hava şəraiti nə vaxta kimi davam edəcək? - XƏBƏRDARLIQ17 / 05 / 2024, 15:42Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı17 / 05 / 2024, 15:36Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür17 / 05 / 2024, 15:19Gəncədə avtomobil qaçıran şəxs saxlanılıb17 / 05 / 2024, 14:58Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib - FOTO17 / 05 / 2024, 14:41Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar17 / 05 / 2024, 14:20
Bütün xəbərlər