İqtisadiyyat və Sənaye Nazirliyinin adı dəyişdirildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin adının dəyişdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişikliklər edilməsi və bəzi fərmanlarının ləğvi haqqında fərman imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin adının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 yanvar tarixli 1702 nömrəli Sərəncamının tətbiqi ilə əlaqədar qərara alıram:
1. “İnhisarçı müəssisələrin və birliklərin məhsullarının (xidmətlərinin) qiymətlərinin (tariflərinin) dövlət tərəfindən tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 24 dekabr tarixli 377 nömrəli Fərmanının (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 24, maddə 1083; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 10, maddə 640; 2007, № 6, maddə 601; 2014, № 5, maddə 477) 2-ci, 3-cü, 5-ci hissələrindən, 9-cu hissəsinin birinci bəndindən və 10-cu hissəsindən “və Sənaye” sözləri çıxarılsın.
2. Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 9 fevral tarixli 437 nömrəli Fərmanı (Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 2 sentyabr tarixli 395 nömrəli Fərmanı; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 10, maddə 640; 2006, № 7, maddə 590; 2009, № 2, maddə 70; 2010, № 7, maddə 610; 2014, № 5, maddə 477) ilə təsdiq edilmiş “Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında Əsasnamə”nin 3.1.1-ci yarımbəndinin dördüncü abzasından “və Sənaye” sözləri çıxarılsın.
3. “Maliyyə-sənaye qrupları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 14 sentyabr tarixli 490 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 102; 2001, № 10, maddə 640; 2003, № 10, maddə 565; 2007, № 12, maddə 1246; 2014, № 5, maddə 477) 2-ci hissəsinin üçüncü və dördüncü bəndlərindən “və Sənaye” sözləri çıxarılsın.
4. “Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 20 dekabr tarixli 527 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 74; 2001, № 10, maddə 640; 2003, № 10, maddə 585; 2009, № 2, maddə 72, № 3, maddə 163; 2010, № 5, maddə 394; 2014, № 5, maddə 477) 4-cü hissəsindən “və Sənaye” sözləri çıxarılsın.
5. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 175; 2000, № 8 (III kitab), maddə 615; 2001, № 10, maddə 640, № 12, maddələr 754, 755; 2003, № 10, maddələr 546, 568, 571, 585; 2004, № 12, maddə 1005; 2005, № 2, maddə 69, № 3, maddə 170, № 7, maddə 592, № 8, maddə 720, № 12, maddələr 1104, 1112; 2006, № 9, maddə 743; 2007, № 3, maddə 234, № 8, maddə 766; 2008, № 6, maddə 498, № 9, maddə 798, № 11, maddə 969; 2009, № 2, maddə 70, № 4, maddə 226, № 10, maddələr 776, 779; 2010, № 4, maddə 296, № 5, maddə 389; 2013, № 9, maddə 1056; 2014, № 4, maddə 364, № 5, maddə 477, № 7, maddə 805, № 9, maddə 1027) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 11.2-ci və 14.9-cu bəndlərindən “və Sənaye” sözləri çıxarılsın.
6. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 2 dekabr tarixli 647 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 503; 2001, № 10, maddə 640; 2007, № 6, maddə 601; 2014, № 5, maddə 477) 2-ci hissəsinin ikinci və üçüncü bəndlərindən “və Sənaye” sözləri çıxarılsın.
7. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 720 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 381; 2003, № 9, maddə 478; 2014, № 7, maddə 823; 2015, № 10, maddə 1125) 2.3-cü bəndindən “və Sənaye” sözləri çıxarılsın.
8. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 723 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 384; 2003, № 10, maddə 582; 2007, № 2, maddə 87, № 6, maddə 601, № 8, maddə 769; 2008, № 8, maddə 719; 2010, № 10, maddə 848; 2011, № 4, maddə 290; 2012, № 10, maddə 953; 2013, № 11, maddə 1334; 2014, № 2, maddə 112, № 5, maddə 477, № 10, maddə 1209) 2-ci hissəsinin dördüncü və yeddinci bəndlərindən “və Sənaye” sözləri çıxarılsın.
9. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 774 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 577; 2001, № 10, maddə 640; 2010, № 7, maddə 610; 2014, № 5, maddə 477, № 10, maddə 1221) 2-ci hissəsinin ikinci bəndindən və 3-cü hissəsindən “və Sənaye” sözləri çıxarılsın.
10. “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 1 fevral tarixli 85 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 69; 2003, № 10, maddə 582; 2007, № 6, maddə 601, № 8, maddə 769; 2010, № 10, maddə 857; 2014, № 2, maddə 112, № 5, maddə 477, № 10, maddə 1216) 2-ci hissəsinin altıncı bəndindən “və Sənaye” sözləri çıxarılsın.
11. “Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, idxalının və satışının tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 5 fevral tarixli 90 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 74; 2001, № 10, maddə 640; 2002, № 8, maddə 487; 2003, № 10, maddələr 571, 585; 2007, № 12, maddə 100; 2008, № 9, maddə 798; 2009, № 4, maddə 226, № 7, maddə 537; 2014, № 5, maddə 477) 4-cü və 7-ci hissələrindən “və Sənaye” sözləri çıxarılsın.
12. “Qara Dəniz Ticarət və İnkişaf Bankının təsis edilməsi haqqında Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 5 fevral tarixli 91 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 75; 2003, № 2, maddə 88; 2010, № 2, maddə 80; 2014, № 5, maddə 477) 1-ci hissəsindən “və sənaye” sözləri, 2-ci hissəsindən “və Sənaye” sözləri çıxarılsın.
13. “Azərbaycan Respublikasında ticarətin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 23 iyul tarixli 160 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 422; 2001, № 10, maddə 640; 2003, № 10, maddə 585; 2008, № 3, maddə 167; 2014, № 5, maddə 477) 4-cü hissəsindən “və Sənaye” sözləri çıxarılsın.
14. “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 171 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 481; 2001, № 10, maddə 640; 2003, № 10, maddə 573; 2007, № 12, maddə 1246; 2014, № 5, maddə 477) 2-ci hissəsinin dördüncü-doqquzuncu bəndlərindən “və Sənaye” sözləri çıxarılsın.
15. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 10 avqust tarixli 178 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 488; 2000, № 7, maddə 498; 2001, № 10, maddə 640; 2003, № 10, maddə 546; 2007, № 8, maddə 769; 2008, № 8, maddə 719, № 9, maddə 798; 2009, № 11, maddə 886; 2010, № 3, maddə 181, № 10, maddə 857; 2014, № 5, maddə 477, № 10, maddə 1200) 1-ci hissəsinin beşinci bəndindən “və Sənaye” sözləri çıxarılsın.
16. “Azərbaycan Respublik