Rioda qəza: Almaniyalı məşqçi öldü
Yay Olimpiya Oyunlarının keçirildiyi Braziliyada ölüm hadisəsi baş verib.
1news.az apasport.az-a istinadən xəbər verir ki, Almaniya yığmasının heyətində Rio-de-Janeyroya yollanan məşqçi Ştefan Henze vəfat edib.
Kanoe-slalom yığmasının məşqçisi Henze ötən həftə taksi ilə Olimpiya kəndinə qayıdarkən onun olduğu avtomobil qəzaya uğrayıb. Başından ciddi xəsarət alan 35 yaşlı məşqçi komadan ayılmayaraq vəfat edib.
Qeyd edək ki, 2004-cü ildə Afinadakı Olimpiadaya idmançı kimi yollanmış Ştefan Henze kanoe-slalom yarışında gümüş medal qazanmışdı.
1news.az
539