Azərbaycan Prezidenti Şəmkir və Tovuz rayonlarını birləşdirən körpünün bərpasına 2 milyon manat ayırıb | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Prezidenti Şəmkir və Tovuz rayonlarını birləşdirən körpünün bərpasına 2 milyon manat ayırıb

19:11 - 18 / 08 / 2016
Azərbaycan Prezidenti Şəmkir və Tovuz rayonlarını birləşdirən körpünün bərpasına 2 milyon manat ayırıb

Azərbaycan Prezidenti Şəmkir və Tovuz rayonlarını birləşdirən Zəyəmçay üzərində körpünün bərpası haqqında Sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi məlumatına əsasən, təbrikdə deyilir:

“Cari ilin iyun-iyul aylarında Şəmkir rayonu ərazisində aramsız yağan leysan nəticəsində Bakı-Ələt-Qazax avtomobil yolunda Zəyəmçay üzərindəki körpü qəzalı vəziyyətə düşmüşdür. Beynəlxalq yük və sərnişin daşımalarında xüsusi əhəmiyyətə malik olan yolun təxirəsalınmaz bərpasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Şəmkir və Tovuz rayonlarını birləşdirən yeganə körpünün bərpası üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin”.

1news.az

Paylaş:
828

Son xəbərlər

Bütün xəbərlər