Azərbaycanda dabaq xəstəliyinə görə epizootik vəziyyət sabitdir | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda dabaq xəstəliyinə görə epizootik vəziyyət sabitdir

20:23 - 18 / 08 / 2016
Azərbaycanda dabaq xəstəliyinə görə epizootik vəziyyət sabitdir

Bəzi kütləvi informasiya vasitələrində guya Bərdə rayonunda iribuynuzlu heyvanların dabaq xəstəliyinə tutulması və tələf olması, həmçinin həmin heyvanlarda dabağa qarşı aparılan profilaktik peyvənd vasitələrinin keyfiyyəti haqqında da əsassız, fakta söykənməyən məlumatlar yayılmışdır.

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) 1news.az-a verilən məlumata əsasən, 2016-cı ildə ölkə ərazisində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiqlənmiş “Epizootik tədbirlər planı”na uyuğun olaraq iri və xırdabuynuzlu heyvanlar arasında müvafiq tədbirlər aparılmış, o cümlədən dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri həyata keçirilmişdir. Aparılan peyvəndləmədən sonra heyvanlar arasında dabaq xəstəliyinə görə heç bir mürəkkəbləşmə və tələfat halları qeydə alınmamışdır.

2016-cı ilin 7 ayı ərzində respublikada 2 dəfə: yanvar və iyun-iyul aylarında dabaq xəstəliyi əleyhinə iri və xırdabuynuzlu heyvanlar arasında peyvəndləmə tədbirləri aparılmışdır. Bu tədbir ölkə üzrə 4973892 baş iribuynuzlu, 5895483 baş xırdabuynuzlu heyvanı əhatə etmişdir. Həmçinin cari ilin 7 ayı ərzində Bərdə rayonunda 168800 baş iribuynuzlu, 101937 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliyi əleyhinə peyvəndləmə aparılmışdır. 

Dövlət vəsaiti hesabına tender yolu ilə alınaraq ölkəyə gətirilən, heyvanlara tətbiq edilən bütün vaksinlərin, o cümlədən dabaq xəstəliyi əleyhi vaksinlər alınan müəssisələr beynəlxalq sertifikatlara malikdirlər və respublikaya gətirilən peyvənd vasitələrinin hamısının müvafiq beynəlxalq keyfiyyət sertifikatları mövcuddur. Həmçinin həmin vaksinlər respublikaya idxal olunarkən onların keyfiyyəti Baytarlıq Elmi-Tədqiqat İnstitutunun müvafiq laboratoriyalarında yoxlanılır, keyfiyyət göstəriciləri standartlara uyğun olduqdan sonra Dövlət Baytarlıq Nəzarəti Xidmətinin yerli strukturları tərəfindən heyvanlara tətbiq edilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti heyvanlara vurulan dabaq vaksinlərinin guya keyfiyyətsiz olması və peyvəndləmədən sonra heyvanların tələf olması ilə əlaqədar yayılmış məlumatların heç bir əsası olmadığını, bu məlumatların sensasiya xarakteri daşdığını və heç bir fakta söykənmədiyini bildirir. Heyvanların dabaq xəstəliyinə yoluxması və bu xəstəlikdən ölməsi barədə heç bir fatk məlum deyildir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən dabaq xəstəliyinə görə epizootik vəziyyət sabitdir və epizootik vəziyyətə nəzarət olunur.

1news.az

Paylaş:
528

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər