"Atrabank" və "Qafqaz İnkişaf Bankı" Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

"Atrabank" və "Qafqaz İnkişaf Bankı" Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb

17:02 - 19 / 08 / 2016
"Atrabank" və "Qafqaz İnkişaf Bankı" Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb

"Atrabank" ASC və "Qafqaz İnkişaf Bankı" ASC Əmanətlərin Sığortalanması Fonduna (ADIF) üzv bankların reyestrindən çıxarılıb və bu banklara verilmiş şəhadətnamə ləğv edilib.

Bu barədə  1news.az-a Əmanətlərin Sığortalanması Fondundan (ADIF) məlumat verilib.

Fond avqustun 22-dən etibarən kompensasiyaların ödənilməsi prosesini "Qafqaz İnkişaf Bankı" ASC və "Atrabank" ASC vasitəsilə həyata keçirəcək. Hər iki bankın qorunan əmanətçilərinə kompensasiyaların ödəniş yeri haqqında daha dəqiq məlumat veriləcək.

"Qafqaz İnkişaf Bankı" ASC və "Atrabank" ASC-də qorunan əmanəti olan əmanətçilərin əmanətlərinin 30 min manata qədər olan hissəsinin kompensasiya ediləcəyinə təminat verir, 30 min manatdan çox olan hissə isə ləğvedici tərəfindən qanunvericiliyə uyğun olaraq ödəniləcək.

Mövzu ilə əlaqədar oxuyun:

ADIF: “Qafqaz İnkişaf Bankı” və “Atrabank” müflis elan olunub

ADIF lisenziyası ləğv edilən 4 banka borclu olan müştərilərə müraciət edib        

Azərbaycanda daha dörd bankın lisenziyası ləğv olunub - YENİLƏNİB

Əmanətlərin Sığortalanması Fondu ləğvedicisi olduğu bankların əmlakını satışa çıxarır

1news.az

Paylaş:
1867

Son xəbərlər

Bütün xəbərlər