Bakıda Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının iclası keçirilib - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının iclası keçirilib - FOTO

17:49 - 19 / 08 / 2016
Bakıda Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının iclası keçirilib - FOTO

Avqustun 19-da Bakıda Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 6-cı iclası keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Abid Şərifov iclasda çıxış edib. O qeyd edib ki, Azərbaycanla Çin arasında çoxillik dostluq telləri qarşılıqlı hörmətə və qarşılıqlı faydaya əsaslanır. A.Şərifov Azərbaycan-Çin münasibətlərinin möhkəmlənməsində ulu öndər Heydər Əliyevin 1994-cü ildə Çin Xalq Respublikasına səfər mühüm rol oynamasını göstərərək qeyd edib ki, 2015-ci ilin dekabrında Prezident İlham Əliyevin Çinə dövlət səfəri və cari ilin iyun ayında Çin Xalq Respublikası Dövlət Şurası sədrinin birinci müavini Can Qaolinin Bakıya səfəri bu münasibətlərə yeni təkan verib.

İclasda Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 5-ci iclasında qarşıya qoyulmuş vəzifələrin reallaşdırılması məsələləri müzakirə edilib, əlaqələrin genişləndirilməsi perspektivləri nəzərdən keçirilib, iki ölkə arasında qarşılıqlı iqtisadi əlaqələrin möhkəmləndirilməsinə dair konkret təkliflər irəli sürülüb.

Çin nümayəndə heyətinə kommersiya nazirinin müavini Tsyan Kemin başçılıq edir. Çin nümayəndə heyətinin tərkibinə dövlət strukturlarının təmsilçiləri və 20 Çin şirkətinin nümayəndələri daxildir.

İclasın yekunlarına əsasən Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 6-cı iclasının Protokolu imzalanıb.

1news.az

Paylaş:
909

Son xəbərlər

Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07
Bütün xəbərlər