Gürcüstanda qaz kəmərənin partladılmasının qarşısı alınıb | 1news.az | Xəbərlər
Dünya

Gürcüstanda qaz kəmərənin partladılmasının qarşısı alınıb

1news Redaksiyası15:00 - 22 / 08 / 2016
Gürcüstanda qaz kəmərənin partladılmasının qarşısı alınıb

Gürcüstanda Rusiyadan Ermənistana qaz nəql edən kəmərin partladılmasının qarşısı alınıb.

1news.az-ın TASS-a istinadən verdiyi məlumata əsasən, hal-hazırda faktla bağlı 5 nəfər saxlanılıb.

İstintaq müəyyən edib ki, saxlanılan şəxslər Araqvi çayının yaxınlığında qaz kəmərinin açıq sahədə olan kəsimində partlayış törətməyi planlaşdırıblar.

Hal-hazrıda faktla bağlı araşdırma davam edir.

1news.az

Paylaş:
735

Son xəbərlər

Əlövsət Polad vəfat etdi

06 / 11 / 2026, 17:40
Bütün xəbərlər