Toğrul və Xetaq "gümüş" medal qazandı | 1news.az | Xəbərlər
İdman

Toğrul və Xetaq "gümüş" medal qazandı

22:10 - 21 / 08 / 2016
Toğrul və Xetaq "gümüş" medal qazandı

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışlarına yekun vurulub.

1news.az xəbər verir ki, Azərbaycan yığmasının iki üzvü də sonuncu iki dəst medal uğrunda mübarizə aparıb.

Belə ki, Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq) Olimpiadanın son günündə gümüş medal qazanıblar.

65 kq çəkidə çıxış edən London Olimpiadasının, Avropa çempionatının və Avropa Oyunlarının çempionu Toğrul Əsgərov finalda rusiyalı Soslan Ramonovla güləşib.

Təəssüf ki, idmançımız qızıl medalı qazana bilməyib. Rus güləşçi 1 dəqiqə ərzində ardıcıl fəndlərlə fərqi 11:0 edib və təmiz qələbə qazanıb.

97 kq çəkidən çıxış Xetaq Qazyumov da finalda məğlub olub. O, rəqibi son dünya çempionu Frederik Kayl Sneyder olub. Xetaq Qazyumov gərgin keçən döyüşü 1:2 hesablı məğlubiyyətlə başa vurub.

Qeyd edək ki, Rioda çıxışını başa vurmuş millimizin digər üzvlərindən Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (85 kq) bürünc medal qazanıblar. Cəmaləddin Məhəmmədov (125 kq) isə yarışı 12-ci sırada bitirib.

1news.az

Paylaş:
831

Son xəbərlər

Bütün xəbərlər