Antalyada hava limanında yanğın baş verib | 1news.az | Xəbərlər
Dünya

Antalyada hava limanında yanğın baş verib

1news Redaksiyası09:31 - 23 / 08 / 2016
Antalyada hava limanında yanğın baş verib

Antalya şəhərinin beynəlxalq hava limanında yanğın baş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, yanğın hadisəsi aeroportun ikinci terminalında qeydə alınıb.

Hazırda yanğın söndürülüb. Yanğın zamanı təhlükəsizlik tədbirlərinin təmin edilməsi məqsədilə sərnişinlər hava limanından təxliyə edilib, uçuşlar müvəqqəti olaraq dayandırılıb.

İnsidentin başvermə səbəbləri hələ ki məlum deyil.

1news.az

Paylaş:
743

Son xəbərlər

Bütün xəbərlər