İtaliyada zəlzələ: Şəhərin yarısı məhv olub – FOTOREPORTAJ
İtaliyanın mərkəzi hissəsində (Lasio, Umbriya və Marke) 6,2 bal gücündə zəlzələ baş verib.
İtaliyanın baş nazirinin ofisindən verilən məlumata görə, vətəndaş müdafiəsi departamenti hadisə baş verən regionla əlaqə saxlayıb. Həmin əraziyə zəlzələdən sonra yaranmış vəziyyətin aradan qaldırılması ilə bağlı xüsusi texnika da göndərilib.
Amartiçe şəhərinin meri bəyan edib ki, şəhərin yarısı yoxa çıxıb. Ən azı 14 nəfər zəlzələ zamanı həyatını itirib. Zəlzələ ilə əlaqədar Facebook sosial şəbəkəsi Safety Check funksiyasını aktivləşdirib.
Gazeta.Ru
1380