Palata: Banklar kredit üçün müraciət etmiş şəxslərə imtinanın səbəbləri barədə düzgün məlumat vermir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Palata: Banklar kredit üçün müraciət etmiş şəxslərə imtinanın səbəbləri barədə düzgün məlumat vermir

14:27 - 24 / 08 / 2016
Palata: Banklar kredit üçün müraciət etmiş şəxslərə imtinanın səbəbləri barədə düzgün məlumat vermir

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) kredit üçün müraciət etmiş şəxslərə imtinanın səbəbləri barədə düzgün məlumat vermədikləri barədə kommersiya banklarına məktub göndərib.

1news.az-ın APA-ya istinadən verdiyi məlumata görə, məktubda bildirilir ki, daxil olmuş müraciətlərin təhlili göstərir ki, banklar tərəfindən kredit üçün müraciət etmiş şəxslərə imtina Nəzarət Palatası tərəfindən təsdiq edilən qadağa ilə əlaqələndirilir və müştərilərə imtinanın səbəbləri barədə düzgün məlumat verilmir.

“Bildiririk ki, yeni prinsiplərə əsasən, xarici valyutada daşınmaz əmlak krediti istisna olunmaqla digər hallarda kreditlərin verilməsi qadağan olunmur. Kreditdən imtina müvafiq şərtlərə uyğun olmayan müraciətlər üzrə kreditlər verildiyi təqdirdə onun geri ödənilməsində problemlərin ortaya çıxa biləcəyi, bununla da bank kreditlərinin gələcəkdə keyfiyyətinin pisləşməsi ilə bankların dayanıqlığına neqativ təsiri, digər tərəfdən vətəndaşların borc yükünün artması nəticəsində onların sosial rifahının aşağı düşə biləcəyi ilə əsaslandırılmalıdır”, - deyə məktubda vurğulanıb.

Nəzarət Palatası banklara bu şərtləri işlərində rəhbər tutmağı tövsiyə edib.  

Xatırladaq ki, MBNP 4 may 2016-cı il tarixindən etibarən kredit təşkilatlarına sağıam kreditləşmə və məsuliyyətli borclanmaya dair yeni prudensial çərçivə tətbiq edib. Bununla borcalanın gəlirlərinin həcmindən asılı olaraq borc yükünün gəlirə nisbəti və kredit məbləğinin təminata nisbəti əmsalları nəzərə alınmaqla milli və xarici valyutada kreditlərin verilməsi şərtləri müəyyən edilib.

Qeyd edək ki, bu qərar 2012-2013-cü illərdə bankların aqressiv və kütləvi kreditləşmə siyasətinin qarşısının alınması üçün qəbul edilib. Üstəlik, bu qərar daha çox əhalinin kredit yükünün və ona xidmət etmək imkanlarının sadələşdirilməsi və sağlamlaşdırılması məqsədini daşıyır. Başqa sözlə, bu tələblərin məqsədi odur ki, insanların aldığı kreditlər üzrə ümumi aylıq xərcləri onun ümumi aylıq gəlirlərin yarısından çox olmamalıdır. Ekspertlər hesab edirlər ki, bu tələblərə əməl olunması bankların problemli kreditlərinin həcminin artmasının qarşısını alacaq və son nəticədə bankların dayanıqlığı təmin olunacaq.

1news.az

 

Paylaş:
603

Son xəbərlər

Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07
Bütün xəbərlər