Moskvada MDB-yə üzv ölkələrin xarici işlər nazirləri arasında məsləhətləşmələr keçiriləcək
Sentyabrın 2-də Moskvada MDB-yə üzv ölkələrin xarici işlər nazirləri arasında məsləhətləşmələr keçiriləcək.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, toplantı BMT Assambleyasının 71-ci sessiyasının gündəliyinə həsr olunacaq. Qeyd edək ki, qurumun Baş Assambleyasının 71-ci sessiyası sentyabrın 13-26-da BMT-nin Nyu-Yorkda yerləşən mənzil qərargahında baş tutacaq.
Sessiyanın gündəliyinə Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət və GUAM məkanında dondurulmuş münaqişələr, onların sülh, beynəlxalq, təhlükəsizlik və inkişaf üçün fəsadları ilə bağlı qətnamə layihələri də salınıb.
1news.az
541