Vergilər Nazirliyinin Tədris Mərkəzinin bazasında Regional Tədris Akademiyası yaradılacaq
Vergilər Nazirliyi əməkdaşlarının peşə hazırlığı prosesində elektron təhsil (e-learning) sisteminin tətbiq edilməsi məqsədilə oktyabrın 7-də “Vergi sahəsində kadr hazırlığı: problemlər və perspektivlər” mövzusunda “dəyirmi masa” keçirilməsi nəzərdə tutulur.
1news.az-a Nazirliyin mətbuat xidmətindən bildirilib ki, “Vergi sisteminin inkişafı üzrə 2013-2020-ci illər üçün Strateji Plan”da əsas istiqamətlərdən biri də Tədris Mərkəzinin bazasında Regional Tədris Akademiyasının yaradılmasıdır.
Həmçinin vergi siyasətinin təkmilləşdirilməsi ilə əlaqədar qəbul edilmiş yeniliklər üzrə innovativ təlimlərin təşkili (“Tax free” sisteminin tətbiqi, risklərin idarə edilməsi, e-audit sisteminin tətbiqi və s.), infrastrukturun yenilənməsi və digər istiqamətlərdə tədbirlərin keçirilməsi də planlaşdırılıb.
1news.az