Azərbaycanın “Mauqli”si: 87 qələbə, 37 nakaut - FOTO - VİDEO | 1news.az | Xəbərlər
İdman

Azərbaycanın “Mauqli”si: 87 qələbə, 37 nakaut - FOTO - VİDEO

10:15 - 24 / 08 / 2016
Azərbaycanın “Mauqli”si: 87 qələbə, 37 nakaut - FOTO - VİDEO

Məlum olduğu kimi dünən Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov Çeçenistanın ilk prezidenti Əhməd-Hacı Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turnirində Muay Thai versiyası üzrə dünya çempionu titulunu qazanıb.

1news.az xəbər verir ki, 32 yaşlı döyüşçü rumıniyalı Katalin Moroşanu ilə qarşılaşıb.

Təxminən 1 dəqiqə davam edən döyüşdə rəqiblər bir-birinə yumruq zərbəsi endirə bilməyiblər. Hər iki idmançı zərbələrdən yayına bilib. Lakin, döyüşün taleyi Zabitin 1 diz zərbəsi həll edib. Həmin zərbə döyüşçümüzə karyerası ərzində 37-ci nakaut qələbəsini qazandırıb.

“Mauqli” ləqəbli döyüşçümüzün dünənki qələbəsinə ən çox sevinənlərdən biri Rusiya Federasiyasına bağlı Çeçen Respublikasının dövlət başçısı Ramzan Kadırov olub. Məlumat üçün bildirək ki, Zabit onun atasının adını daşıyan “AXMAT” klubunun döyüşçüsüdür. Qələbədən sonra Kadırov özünə rinqə atıb və Zabiti qucaqlayıb.

Qalib elan edilərkən çiyninə Azərbaycan bayrağını atması isə qürurverici mənzərə yaradıb.

Qeyd edək ki, Zabit Səmədov Gürcüstanda azərbaycanlı ailəsində anadan olub və 10 yaşında Minskə köçüb. 9 yaşından idmanla məşğul olur.

O, əvvəllər Əziz Dursunovun təlimi altında 6 ay karate, onra “Muay tay” idman növü ilə məşğul olmağa başlayır. 1998-ci ildən etibarən Minskdə məşhur klub olan “Chinuk GYM” də idmanını davam etdirir.

Zabit Səmədov həvəskar karyerasında bir neçə dəfə dünya və avropa çempionu olub Sonradan peşakar döyüşlərə üz tutmuşdur. Hal-hazırda Belarusda yaşayır.

“Mauqli” peşəkar karyerası ərzində 99 döyüşə çıxıb və 87 qələbə qazanıb. Bunlarda 37-si isə nakautla əldə edilib.

Döyüşçünün 11 məğlubiyyəti və 1 bərabərliyi də var.

Zabit Səmədovun döyüşdən öncə Kadırov və məşhur repçi Timati ilə birlikdə

Fərid Ədalət

Paylaş:
2980

Son xəbərlər

Bütün xəbərlər