Daha bir nəhəng klub çinlilərə satılır? | 1news.az | Xəbərlər
İdman

Daha bir nəhəng klub çinlilərə satılır?

12:35 - 24 / 08 / 2016
Daha bir nəhəng klub çinlilərə satılır?

Çinli iş adamları daha bir Avropa nəhəngini “ələ keçirmək” fikrinə düşüblər.

1news.az apasport.az-a istinadən xəbər verir ki, “Milan”dan sonra indi də “Liverpul”un çinlilərə satılması gündəmə gəlib.

Bu barədə məlumatı “qırmızılar”ın səhmlərinə sahib olan “Fenway Sports Group” yayıb. Şirkətin mətbuat katibi klubun maliyyə gücünün və futbol yatırımların artırılması üçün səhmlərin bir hissəsinin çinlilərə satılacağını açıqlayıb. O, bu barədə danışıqların artıq aparıldığını da vurğulayıb.

Bu isə azarkeşlərin ürəyincə olmayıb. Fanatlar “Liverpul”un satılacağı ilə bağlı çıxan xəbərdən sonra klubun elektron adresinə minlərlə etiraz məktubu göndəriblər.

1news.az

Paylaş:
825

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər