XİN İtaliyada baş vermiş zəlzələ zamanı azərbaycanlıların olub-olmamasını araşdırır | 1news.az | Xəbərlər
Siyasət

XİN İtaliyada baş vermiş zəlzələ zamanı azərbaycanlıların olub-olmamasını araşdırır

12:47 - 24 / 08 / 2016
XİN İtaliyada baş vermiş zəlzələ zamanı azərbaycanlıların olub-olmamasını araşdırır

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bu gecə İtaliyanın mərkəzində baş vermiş zəlzələ zamanı xəsarət alanların arasında azərbaycanlıların olub-olmadığını araşdırır.

1news.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

“Azərbaycanın İtaliyadakı səfirliyi ölkənin müvafiq orqanları ilə ölən və yaralananlar arasında azərbaycanlıların olub-olmamasını araşdırır”.

Qeyd edək ki, bu gecə Bakı vaxtı ilə saat 05:36-da İtaliyanın mərkəzində 6,1 baş gücündə baş vermiş güclü zəlzələ Amatriçe şəhərində ciddi dağıntılara səbəb olub, uçqunlar altında xeyli sayda insan qalıb.

İlk təkan yerli vaxtla saat 03.36 radələrində 6,0 bal gücündə baş verib. Zəlzələnin episentri Akumoli şəhərinin mərkəz hissəsində dörd kilometr dərinlikdə yerləşir.

İkinci təkan isə yerli vaxtla saat 04.34 radələrində 5,4 bal gücündə qeydə alınıb. Zəlzələ dalğası İtaliyanın bir sıra şəhərlərində, eləcə də Roma və Bolonyada da hiss olunub. Dağıntılar əsasən üç bölgədə - Lasio, Umbriya və Markedə müşahidə olunub.

Hazırda 14 nəfərin həlak olduğu barədə məlumatlar qeydə alınıb. Lakin ölkənin milli təhlükəsizlik naziri Fabrisio Kurçonun bəyan etdiyinə görə, xilasedicilər həlak olanları hesablamaqdan yayınır, belə ki, hadisədən çox az zaman keçib.

1news.az

Paylaş:
704

Son xəbərlər

Bütün xəbərlər