Bakıda sabah yağmursuz hava şəraiti hökm sürəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda sabah yağmursuz hava şəraiti hökm sürəcək

13:14 - 25 / 08 / 2016
Bakıda sabah yağmursuz hava şəraiti hökm sürəcək

Avqustun 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentindən 1news.az-a verilən məlumata əsasən, şimal küləyi əsəcək, gündüz  cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 31-36, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 35-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacağı gözlənilir.

Rayonlarımızda hava şəraitinin yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 33-38, dağlarda gecə 13-18,  gündüz 24-29 dərəcə isti olacaq.

1news.az

Paylaş:
429

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər