Kerri: Terrorçular Fəratın qərb bölgəsini tərk edirlər
PYD/YPG gücləri (PKK-nın Suriya qolu olan terrorçular) Fərat çayının qərb bölgəsini tərk edirlər.
1news.az-ın Anadolu-ya istinadla verdiyi xəbərə görə, bu haqda ABŞ-ın dövlət katibi Con Kerri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefonla danışarkən bildirib. Telefon danışığı avqustun 25-də Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.
Türk diplomatik mənbələrindən verilən məlumata görə, tərəflər Suriyada uzunmüddətli sülh və atəşkəsi müzakirə ediblər.
Eləcə də Suriyanın Cerablus rayonunda keçirilən əməliyyatlara da toxunulub. Tərəflər bu məslədə hazırlıqlarını qeyd ediblər. Müzakirə zamanı Suriya və İraqda İŞİD-lə mübarizədə birləşməyin vacibliyi də vurğulanıb.
Mövzu ilə əlaqədar oxuyun:
Türkiyə ordusu terrorçuları Cerablusdan qovdu
Bu səhər Türkiyə Suriyaya daha bir neçə tank yeritdi
1news.az