“Qarabağ” və “Qəbələ” qrup mərhələsinin astanasında
Bu gün UEFA Avropa Liqası turnirində çıxış edən təmsilçilərimiz “Qarabağ” və “Qəbələ” play-off mərhələsində cavab oyununu keçirəcəklər.
1news.az-ın məlumatına görə, ölkə çempionu “Qarabağ” səfərdə minimal hesabla məğlub olduqları “Höteborq”u Bakıda məğlub edərək qrup mərhələsinə çalışacaq.
“Qarabağ” qələbə qazansa, Avropa Liqasında özünün 20-ci, Azərbaycan klublarının isə 50-ci qalibiyyətinin müəllifi olacaq.
Avropa Liqasında mübarizə aparan digər təmsilçimiz “Qəbələ” isə cavab görüşünə səfərdə çıxacaq.
İlk matçda öz meydanında “Maribor”a 3:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar” səfərə üstünlüklə yollanıb.
Avropa Liqası
Play-off, cavab oyunları
25 avqust
“Qarabağ” – “Höteborq” (İsveç) – ilk oyun 0:1
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:30
Baş hakim: Vladislav Bezborodov
Baş hakimin köməkçiləri: Valeri Danchenko , Maksim Gavrilin
Dördüncü hakim: Kirill Levnikov
(Hakimlər Rusiyadandır)
UEFA nümayəndəsi: Johny Vanspauwen (Belçika)
Hakim-inspektor: Michael Thomas Ross (Şimali İrlandiya)
“Maribor” (Sloveniya) – “Qəbələ” – ilk oyun 1:3
Maribor. Stadion Ljudski vrt. Saat 22:15
Baş hakim: Viktor Kassai
Baş hakimin köməkçiləri: György Ring, Vencel Toth
Dördüncü hakim: Tamas Bognar
(Hakimlər Macarıstandandır)
UEFA nümayəndəsi: Christian Bonett (Malta)
Hakim-inspektor: İqor İschenko (Ukrayna)
1news.az