Avropa liqası: “Qarabağ” “Höteborq”u məğlub etdi
Bu gün Bakı vaxtı ilə saat 20:30 Tofiq Bəhramov adına Respublika stadionunda Avropa liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ” İsveçin “Höteborq” klubunu qəbul edib.
1news.az-ın verdiyi məlumata əsasən, bu görüşdə “Qarabağ” rəqibini 3-0 hesabı ilə məğlub edib.
İlk qolu oyunun 19-cu dəqiqəsində Rəşad Sadıxov vurub.
Görüşün 26-ci dəqiqəsində Kintananın dəqiq ötürməsindən sonra Müarem hesabı artırıb.
Oyunda 3-cü və sonuncu qolu 51-ci dəqiqədə, məhsuldar ötürmə ilə yadda qalan, Kintana vurub.
Qeyd edək ki, İsveçdə keçən oyun “Höteborq”un 1:0 hesablı qələbəsi ilə bitmişdi.
Bu qələbə nəticəsində “Qarabağ” Avropa liqasının qrup mərhələsində iştirak etmək imkanı qazanıb.
1news.az
896