Britaniyalı alımlər həyat üçün yararlı planet aşkarlayıblar | 1news.az | Xəbərlər
Dünya

Britaniyalı alımlər həyat üçün yararlı planet aşkarlayıblar

23:13 - 25 / 08 / 2016
Britaniyalı alımlər həyat üçün yararlı planet aşkarlayıblar

Londonun kraliça Mariya universitetində Hillem Anqlad-Esküdenin başçılıq etdiyi astronomlar qrupu Proksim Sentavr ulduzu ətrafında həyat üçün münasib şərtlərin olduğu planetin dövr etdiyini açıqlayıblar.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi məlumata əsasən, yerdən 4,2 işıq ili uzaqlığında yerləşən həmin planetin səthində temperatur 30-40 dərəcə selsi arasında dəyişir.

Alimlər Yerə bənzər bu planetin 2018-ci ildə orbitə çıxacağı planlaşdırılan Ceyms Uebb adına teleskopun köməyi ilə gələcək tədqiqatlar və müşahidələr üçün əsas hədəf olacağını güman edirlər.

1news.az

Paylaş:
726

Son xəbərlər

Bütün xəbərlər