Mançester Yunayted Yay Futbol Məktəbinə növbəti seçim başlanır | 1news.az | Xəbərlər
Futbol

Mançester Yunayted Yay Futbol Məktəbinə növbəti seçim başlanır

11:25 - 25 / 08 / 2016
Mançester Yunayted Yay Futbol Məktəbinə növbəti seçim başlanır

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti Mançester Yunayted dördüncü Yay Futbol Məktəbinə seçimlərin başlandığını elan edir.

1news.az-ın məlumatına görə, seçim turları 29-31 avqust tarixlərində, Bakı şəhərində, Bayıl Arena stadionunda keçiriləcək.

AFFA-nın dəstəyilə təşkil olunan seçimlərdən uğurla keçmiş 9-12 yaşlı 32 gənc istedad 5-9 sentyabr tarixlərində Bakıdakı Bayıl stadionunda “Mançester Yunayted” futbol məktəbindən Azərbaycana ezam olunan məşqçilər tərəfindən keçirilən təlim-məşq toplanışlarında iştirak edəcək. Təlim-məşq toplanışları zamanı uşaqlar texniki bacarıqlarını göstərməklə yanaşı, eyni zamanda “Mançester Yunayted” klubunun təcrübəsindən yararlanaraq futbol üzrə bilik və bacarıqlarını artıracaqlar.

Bakıda fəaliyyət göstərən “Mançester Yunayted Futbol Məktəbi”nin məşqçiləri tərəfindən keçiriləcək seçimlərdə hansı klubun üzvü olmasından asılı olmayaraq 2005-2006-cı il və 2007-2008-ci il təvəllüdlü istənilən gənc istedad iştirak edə bilər.  Bu seçim turlarında əsas üstünlük uşaqların texniki bacarıqlarına verilir. Heç bir ödəniş olunmadan keçirilən seçim prosesində iştirak etmək üçün uşaqlar doğum haqqında şəhadətnamənin əslini və tibbi arayış təqdim etməlidirlər.  

Mançester Yunayted yay məktəbinin seçim turlarının tarixləri aşağıdakı kimidir:

29 avqust. Saat 09:00-15:00 – 9-10 (2007-2008-ci il təvəllüdlü) yaş qrupu üçün seçim

30 avqust. Saat  09:00-15:00 – 11-12  (2005-2006-cı il təvəllüdlü) yaş qrupu üçün seçim

31 avqust. 09:00-15:00 – Hər iki yaş qrupundan seçilmiş 32 nəfərdən 16 nəfər seçiləcək və “Mançester Yundayted Yay Məktəbi”nə dəvət alacaqlar

5-9 sentyabr. “Mançester Yunayted Yay Futbol Məktəbi”

“Mançester Yunayted Yay Futbol Məktəbi”nə seçilən uşaqlar “Bakcell” şirkəti tərəfindən idman paltarı ilə təmin ediləcəklər. Təlim-məşq  toplanışının bütün iştirakçılarına Mançester klubu tərəfindən xüsusi sertifikat təqdim olunacaq. Təlim zamanı ən yaxşı nəticələr nümayiş etdirən 5 məzun Mançesterə 4 günlük səfər edəcək, “Mançester Yunayted” klubu ilə tanış olacaq və klubun oyununu izləmək imkanı əldə edəcək. Səfərlə əlaqəli xərclər də həmçinin “Bakcell” şirkəti tərəfindən qarşılanacaq.

Seçim prosesi ilə bağlı suallar üçün üçün əlaqə vasitələri:

+994 55 511 45 55 – Çinarə Kazımi

[email protected]

1news.az

Paylaş:
619

Son xəbərlər

Sabah bəzi yerlərdə su kəsiləcək13 / 05 / 2024, 17:59Yunanıstanın Baş naziri Ərdoğanla görüşüb - YENİLƏNİB13 / 05 / 2024, 17:44MAXE olmaq istəyəyin NƏZƏRİNƏ13 / 05 / 2024, 17:26Dövlət mülkiyyətində olan mənzilləri qanunsuz istifadəyə verən vəzifəli şəxslərlə bağlı istintaq yekunlaşıb13 / 05 / 2024, 17:03Coratda 10 aylıq körpə ölüb13 / 05 / 2024, 16:54Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİB13 / 05 / 2024, 16:45İrandan Azərbaycana narkotik keçirməyə cəhd edən şəxslər həbs olunub13 / 05 / 2024, 16:35Hərbi xidmətə çağırışla bağlı pozuntulara yol verən şəxslərin cinayət işləri məhkəməyə göndərilib13 / 05 / 2024, 16:33Paytaxtdakı “Keşlə” bazarında nöqsanlar aşkarlanıb - FOTO13 / 05 / 2024, 16:20MİQ üzrə müsabiqəyə buraxılacaq bakalavr səviyyəsinə aid ixtisasların siyahısı müəyyənləşib13 / 05 / 2024, 16:00Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub13 / 05 / 2024, 15:40Ağdamda Birinci Qarabağ müharibəsinin iki şəhidi dəfn edilib – YENİLƏNİB 113 / 05 / 2024, 15:39Milli Məclis sədri Asiya Qadınlar Forumunda Böyük Qayıdış və COP29 barədə məlumat verib13 / 05 / 2024, 15:27İmişlidə yanğın olub - VİDEO13 / 05 / 2024, 15:15Prezident: Azərbaycan COP29 sədrliyi çərçivəsində kiçik ada dövlətlərinin problemlərinə xüsusi diqqət yetirəcək13 / 05 / 2024, 14:54Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanının nəticələri elan olunub13 / 05 / 2024, 14:47Qeyri-yaşayış obyektinin qarşısında ağaclar kəsilib13 / 05 / 2024, 14:32İmişlidə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib – YENİLƏNİB 113 / 05 / 2024, 14:17İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - YENİLƏNİB13 / 05 / 2024, 14:16Bərdədə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb – YENİLƏNİB13 / 05 / 2024, 13:56
Bütün xəbərlər