Yorqen Lennartson: “Qarabağ” Çempionlar liqasında oynamalı idi”
İsveçin “Höteborq” klubunun baş məşqçisi Yorqen Lennartson “Qarabağ”-la cavab oyun öncəsi öz fikirləri ilə bölüşüb.
1news.az-ın Sportbox.az-a istinadən verdiyi məlumata əsasən, məşqçi mətbuat konfransı çərçivəsində jurnalistlərin suallarını cavablandırıb.
“İlk görüşdə qələbə bizə müəyyən üstünlük verir. Əgər biz 1 top vura bilsək, rəqib 3 qol ilə cavab verməli olacaq. Hər şeyi oyun həll edəcək. “Qarabağ”-la oyunda stadionun dolu olacağı məni qorxutmur. Əksinə mən də bunu istəyirəm. Çünki bu oyuna əlavə maraq qatır. Yenə deyirəm, bizim əsas üstünlüyümüz – ilk oyundakı qələbəmizdir. “Qarabağ” yaxşı komandadır. Lakin ilk görüşdə belə bir ərqibə qarşı oynaya bildiyimizi sübut etdik. Bununla belə, qeyd etmək istərdim ki, “Qarabağ” Çempionlar liqasında oynamalı idi. “Viktoriya” ilə oyunda onlar bir çox qol momentini itirdilər. Bu nöqteyi-nəzərdən mən onları anlayıram”, - deyə Lennartson bildirib.
1news.az