Mariya Stadnik: Hakim mənə baxdı və sadəcə olaraq Sorry dedi, mən isə qızıl medalı itirdim
Azərbaycan yığmasının güləşçisi Mariya Stadnik Rioda qızıl medal olmasa da, üçüncü medalını qazandı.
Sportbox.az Mariya ilə Riodakı çıxışı barədə söhbət aparıb:
- Finaldakı məğlubiyyətinizdən sonra bir az məyus olmuşdunuz. Bir həftə keçdikdən sonra finalda baş verənləri necə qiymətləndirərdiniz?
- Bu, elə bil mistikadır. Artıq ikinci dəfədir ki, son dəqiqələrdə yapona məğlub oluram. Dünya Çempionatında da belə olmuşdu, indi də belə oldu. Lakin bütün bunlara baxmayaraq Allaha minnətdaram ki, medalım var. Çünki mən ciddi çalışmışam. Mən ailəmi, uşaqlarımı buraxaraq uzun müddət onlardan uzaq qalmışam ki, medal qazana bilim.
Əlbəttə ki, finaldakı məğlubiyyətimdən məyus olmuşdum. Lakin bu, olimpiya medalıdır. Bütün idmançılar bilir ki, bu medalı əldə etmək üçün nə qədər çalışmaq lazımdır. Buna görə də demək olmaz ki, bu uğur deyil. Bu medaldan da razıyam. Deməli belə lazım imiş. Çox çalışmaq laızmdır. Qarşıda Tokioda keçiriləcək Olimpiya Oyunları var. Mənim də zamamın var. Hələ 27 yaşım var. Hər şey qarşıdadır.
- Deməli siz dörd il sonra keçiriləcək Tokiodakı oyunlardan qızıl medal əldə etməyə qərarlaşmısınız?
- Bəli, mən növbəti Olimpiya oyunlarında mübarizə aparmaq niyyətimdəyəm.
- Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Bax mükafatlandırma mərasimində sizə nə dedi?
- O mənə dedi ki, ağlama, sabah daha rahat olacaq. Hər şeyi analiz edəcəyəm və nəticə çıxaracağam.
- Təəccüblüdür, siz dəfələrlə hər şeyi 5 saniyəyə analiz etmisiniz. Səhviniz nədədir?
- Ola bilsin ki, tutulmadan qaçmalı idim. Lakin qorxdum ki, son anda mənə passiv verəcəklər. Bu, səhv idi.
- Yapona qarşı necə mübarizə aparmaq lazım idi?
- Mən həmişə hücumcu mövqeyində olmuşam. Və rəqibimə qarşı heç bir taktika istifadə etmirəm. Aydın idi ki, ilk anda o heç nə etmirdi. Və onun ayağını tutduğum anda hakim mənə baxaraq fit verdi. O mənə baxdı və sadəcə olaraq dedi Sorry. Baş verənləri dərk etmədim. Belə çıxdı ki, o səhv etdi, mən isə qızıl medal qazana bilmədim.
- Olimpiyadalardakı hakimlər sual doğururdu. Hakimlər mübarizəyə imkan verməyərək fit verirdilər. Bu, mane olurdumu?
- Bu, güləşçilərin daha fəal olmasına yönəlib. Əgər güləşçilər dayanıb gözləsələr mübarizə maraqlı olmayacaq. Hakimklər sanki stimul verirlər, kimsə nəsə etsin deyə.
- Olimpiyadan qazandığınız gümüş medaldan razısınızmı?
- Bəli, razıyam. Olimpiya medalına görə Allaha minnətdaram. Bunu çox çətinliklə qazanmışam. Ola bilər kənardan finala çıxmağım asan görünür. Lakin mən bu dörd ildə çox çətinliklərdən keçmişəm. Mən ikinci övladımı dünyaya gətirmişəm. Lakin bunda dayanmadım və Avropa Oyunlarını qazandım. Düşünürəm ki, bu, Allahın iradəsidir. Düşünürəm ki, hər şey qarşıdadır.
Sportbox.az