“Qarabağ” “Fiorentina”nı Bakıya gətirir, “Qəbələ” “Anderlext”ə rəqib oldu
Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb.
1news.az-ın məlumatına görə, Monako şəhərində baş tutan tədbirdə həlledici mərhələnin 48 iştirakçısının rəqibi bəlli olub. Qrup mərhələsində mübarizə aparacaq “Qarabağ” və “Qəbələ” klublarının da rəqibləri müəyyənləşib.
Püşkatmaya görə klublar hərəsində 4 komanda olmaqla 12 qrupa bölünüb.
“Qəbələ” C qrupunda “Anderlext” (Belçika), “Sent-Etyen” (Fransa) və “Mayns”la (Almaniya) mübarizə aparacaq. “Qarabağ” isə J qrupunda “Fiorentina” (İtaliya), PAOK (Yunanıstan) və “Slovan”la (Çexiya) qüvvəsini sınayacaq.
Bu mərhələnin oyunlarına sentyabrın 15-də start veriləcək. Növbəti oyunlar sentyabrın 29-da, oktyabrın 20-də, noyabrın 3-də və 24-də, dekabrın 6-da baş tutacaq.
Qeyd edək ki, İsveçin “Höteborq” klubunu keçən “Qarabağ” (0:1, 3:0) ardıcıl üçüncü, Sloveniya “Maribor”unu yolundan kənarlaşdıran (3:1, 0:1) “Qəbələ” isə ikinci dəfə qitənin nüfuzuna görə ikinci ən böyük turnirinin əsas raundunda mübarizə aparacaq.
Avropa Liqası
Qrup mərhələsi
A qrupu
“Mançester Yunayted” (İngiltərə)
“Fənərbaxça” (Türkiyə)
“Feyenoord” (Hollandiya)
“Zarya” (Ukrayna)
B qrupu
“Olimpiakos” (Yunanıstan)
APOEL (Kipr)
“Yanq Boyz” (İsveçrə)
“Astana” (Qazaxıstan)
C qrupu
“Anderlext” (Belçika)
“Sent-Etyen” (Fransa)
“Mayns” (Almaniya)
“Qəbələ” (Azərbaycan)
D qrupu
“Zenit” (Rusiya)
“Alkmaar” (Hollandiya)
“Makkabi” (Təl-Əviv, İsrail)
“Dandalk” (İrlandiya)
E qrupu
“Viktoriya” (Çexiya)
“Roma” (İtaliya)
“Austria” (Avstriya)
“Astra” (Rumıniya)
F qrupu
“Atletik” (İspaniya)
“Genk” (Belçika)
“Rapid” (Avstriya)
“Sassuolo” (İtaliya)
G qrupu
“Ayaks” (Hollandiya)
“Standard” (Belçika)
“Selta” (İspaniya)
“Panatinaikos” (Yunanıstan)
H qrupu
“Şaxtyor” (Ukrayna)
“Braqa” (Portuqaliya)
“Gent” (Belçika)
“Konyaspor” (Türkiyə)
İ qrupu
“Şalke” (Almaniya)
“Zalsburq” (Avstriya)
“Krasnodar” (Rusiya)
“Nitsa” (Fransa)
J qrupu
“Fiorentina” (İtaliya)
PAOK (Yunanıstan)
“Slovan” (Çexiya)
“Qarabağ” (Azərbaycan)
K qrupu
“İnter” (İtaliya)
“Sparta” (Çexiya)
“Sauthempton” (İngiltərə)
“Hapoel” (Beer-Şeva, İsrail),
L qrupu
“Vilyareal” (İspaniya)
“Styaua” (Rumıniya)
“Sürix” (İsveçrə)
“Osmanlıspor” (Türkiyə)
1news.az