Alimlər əl və ayaqların yetişdirilməsi üsulunu tapıblar
Maunt-Dezert adasının Bioloji laboratoriyasının mütəxəssisləri heyvanlarda regenerasiyaya imkan yaradan genlər aşkar ediblər.
Alimlərin fikrincə, sözügedən gen, həmçinin insanlarda da itirilmiş ətrafların yetişdirilməsinə kömək edə bilər.
Alimlər regenerasiya qabiliyyətinə malik olan orqanizmlərin genomunu DNT strukturunun təyinində istifadə edilən sekvensiya texnologiyasının köməyi ilə ətraflı şəkildə tədqiq ediblər. Nəticədə məlum olub ki, onların hər birində ümumi genetik mexanizmlər mövcuddur.
Tədqiqatda qeyd olunur ki, bu DNT-nin sahələri amputasiyadan sonra yarada toplanan hüceyrələrin populyasiyasını təşkil edən blastema adlı maddənin yaranmasında mühüm rol oynayır. Nəticədə bu, bəzi heyvanlarda itirilmiş ətrafların bərpasına imkan yaradır.
Mütəxəssislərin fikrincə, bu proseslərə, həmçinin müntəzəm molekullar şəbəkəsi olan RNK böyük təsir göstərir. Demək olar ki, məhz onlar insanda toxuma regenerasiyasının heyvanlarla müqaisədə aktiv olmamasının səbəbi kimi çıxış edir. Gələcəkdə onlara birbaşa təsir insanlarda itirilmiş ətrafların qaytarılmasına kömək edə bilər.
mke.ee