Müəllim şagirdləri dərsdə artıq saxladı, uşaqlar polis çağırdı
Almaniyanın Noys şəhərində zəngdən sonra şagirdləri dərsdə məcbur saxlayan müəllim cəzalandırılıb.
1news.az “Qafqazifo”ya istinadən xəbər verir ki, davranış qaydalarını pozduqları üçün 50 yaşlı Filipp Parusel şagirdlərə dərsdə əlavə saxlayıb və onlara bəstəkar Paqanini ilə bağlı esse yazmağı tapşırıb.
Lakin şagirdlərdən biri polisə zən edib və bildirib ki, müəllim onları iradələrin ziddinə saxlayır.
Məhkəmə isə müəllimi günahkar hesab edib. İndi müəllim 750 avro məbləğində cərimə ödəməlidir.
1news.az
552