Rusiya Türkiyəyə çarter uçuşlarını bərpa etməyə hazırlaşır
Rusiya Nəqliyyat Nazirliyi Türkiyəyə çarter uçuşlarına qoyulan məhdudiyyətlərin ləğvi ilə bağlı qərar layihəsini hökumətə təqdim edib.
1news.az APA-ya istinadən xəbər verir ki, bunu baş nazirin mətbuat katibi Natalya Timakova deyib. O, hələ qərar layihəsinin imzalanmadığını söyləyib.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən isə bildiriblər ki, hələlik çarter reyslərinin bərpasından danışmaq tezdir: “Çünki bunun üçün hökumətin qərarı lazımdır”.
Turizm agentliklərindən isə “İnterfaks”a deyiblər ki, Rusiya yaxın günlərdə Türkiyəyə çarter uçuşlarını bərpa edəcək: “İki sutka ərzində Türkiyəyə çarter uçuşları tam bərpa oluna bilər”.
1news.az
586