Goranboyda aprel döyüşlərində dəyən ziyan aradan qaldırılır
Aprelin 2-dən 5-dək erməni hərbi birləşmələrinin atəşkəsi pozması nəticəsində Goranboy rayonunun düşmənlə təmas xəttində yerləşən Tap Qaraqoyunlu və Zeyvə kəndlərində fərdi evlərə, sosial-infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
1news.az Azərtac-a istinadənxəbər verir ki, ötən müddətdə işıq, qaz və içməli su xətlərinə dəyən ziyan aradan qaldırılıb, Naftalan-Tap Qaraqoyunlu yolunun bərpası üçün hazırlıq işlərinə başlanılıb.
Ziyan dəymiş fərdi evlərin bərpası ilə bağlı Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik tərəfindən Tap Qaraqoyunlu kəndində tamamilə dağıdılmış 4 ev, Zeyvə kəndində isə 1 ev yenidən tikilib.
Tap Qaraqoyunlu kəndində ziyan dəymiş 14 ev əsaslı təmir edilib. Tap Qaraqoyunlu kəndində qismən ziyan dəymiş 219, Zeyvə kəndində isə 5 evin təmiri üçün mənzil sahiblərinə tələb olunan tikinti materialları təhvil verilib.
Hazırda bir neçə evdə təmir işləri yekunlaşıb, bəzilərində isə təmir işləri davam etdirilir.
1news.az