Ermənistanda tutulmuş rus İT mütəxəssisi ABŞ-a ekstradisiya edilə bilər
Bu gün İrəvanda Rusiya-Belorusa məxsus “Sinezis” MMC-nin təhlükəsizlik üzrə mütəxxəsisi Sergey Mironovun ABŞ-a ekstradisiya edilməsilə bağlı məhkəmə işinə baxılacaq.
“Kommersant” qəzetinin yaydığı məlumata əsasən o, ikili təyinatlı texnologiyaların Amerika Xüsusi Xidmətinə qanunsuz verilməsində, eləcə də 50 min dolların mənimsənilməsində təqsirləndirilir. Mironov günahını boynuna almır. Rusiya İctimai Palatası isə Mironovun saxlanılmasını beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndirir.
Rusiyalı vəkil Karen Nersisyanın bildirdiyinə görə, avqustun 28-də İrəvana uçaraq Mironovun maraqlarını qorumağa çalışacaq. “Sinezis”in əməkdaşı Ermənistana həyat yoldaşı ilə birlikdə ötən cümə günü dostu ilə istirahət etmək üçün gedibmiş və sentyabrın 1-də qayıtmağı düşünürmüş. Lakin təyyarədən enən kimi Mironov saxlanılaraq Ermənistan Milli Təhlükəsizlik Xidmətinə göndərilib.
Orada Mironova bildirilib ki, o, Amerika Xüsusi Xitməti tərəfindən axtarılır, 50 min dollarınn mənimsənilməsində, eləcə də ikili təyinalı texnolojiyanın verilməsində təqsirli bilinir. Bundan sonra onu həbsxanaya aparıblar. O isə irəli sürülən ittihamlarla razılaşmır.
Vəkil Nersisyanın qeyd etdiyinə görə, onun saxlanılması faktı qəribə görünür. Məsələ burasındadır ki, ötən ay Mironov şengen vizası alıb və Hindistana səfər edib. Bununla belə onun axtarılması ilə bağlı heç bir problem olmayıb. ABŞ-da isə o, bir dəfə – 2013-cü ildə İT mütəxxəsislərinin seminarı zamanı olub.
“Ermənistanın Xüsusi Xidməti tərəfindən bəyan etdilər ki, Mironov interpolun xətti ilə axtarışa verilib. Lakin qurumun heç bir axtarış bazasında onun adı qeyd edilməyib. Mironovun yanında Rusiyanın Ermənistandakı konsulu olub”.
K.Nersisyan sözlərinə əlavə edib ki, Ermənistan qanunvericiliyi rusiyalı vəkillərin həmvətənlərinin məhkəmə proseslərində iştirak etməyə imkan verir. Bunun üçün onlar Ermənistanın vəkillər palatasından ya bir il, ya da müəyyən müddətə akkreditasiyadan keçməlidir:
“Bütün səylərimə baxmayaraq Mironova qarşı irəli sürülən ittihamı konkretləşdirməkdə mənə heç kim kömək etmədi”.
Vəkilin sözlərinə görə, Mironov Rusiya-Belorusun birgə “Sinezis” MMC-nin arapıcı analitikidir. Firmanın saytında qeyd edildiyi kimi, şirkət operatorlar olmadan intellektual video müşahidələr sisteminin hazırlanması və tətbiqi, eləcə də təhlükəsizliyi pozan şübhəli obyektlərin aşkar edilməsində ixtisaslaşıb.
MMC-nin tərəfdaşları arasında Moskva metro politeni, “Qazprom” və Belorus neft-kimya zavodu da var. Vəkilin bildirdiyinə görə, Mironovun həbsi qanun pozuntuları, onun Amerika tərəfindən maraqları ilə əlaqədar ola bilər. Mironovun həyat yoldaşı Yuliyanın bildirdiyinə görə, o, heç bir ikili təyinatlı texnologiyalarla əlaqəsi olmayıb və ona qarşı irəli sürülmüş ittihamlar uydurulmuşdur.
Öz növbəsində Rusiya İctimai Palatasının bəyanatın görə, Mironovun həbsi bütün beynəlxalq normaların pozulmasıdır. ABŞ Dövlət Departamentində hadisə ilə bağlı şərh verilməyib.
1news.az