“Qəbələ”nin UEFA Gənclər Liqasındakı rəqibi müəyyənləşdi | 1news.az | Xəbərlər
Futbol

“Qəbələ”nin UEFA Gənclər Liqasındakı rəqibi müəyyənləşdi

16:37 - 30 / 08 / 2016
“Qəbələ”nin UEFA Gənclər Liqasındakı rəqibi müəyyənləşdi

Bu gün UEFA Gənclər Liqasında 2016-2017-ci illər mövsümünün “Çempionlar yolu”nun ilk iki mərhələsinin püşkü atılıb.

1news.az-ın məlumatına görə, yarışda ilk dəfə çıxış edəcək “Qəbələ”nin U-19 komandasının rəqibi də müəyyənləşib. “Qırmızı-qaralar” I mərhələdə Rusiyanın “Dinamo” (Moskva) klubu ilə qarşılaşacaq. Bu raundun ilk matçları sentyabrın 27-28-də, cavab oyunları oktyabrın 18-19-da baş tutacaq. “Qəbələ” ilk oyunu evdə keçirəcək.

Bu cütün qalibi II mərhələdə “Makkabi” (Hayfa, İsrail) - “Şaxtyor” (Belarus) duelinin güclüsü ilə üz-üzə gələcək. Pley-offa vəsiqələr uğrunda mübarizə aparacaq komandalar ilk oyununu noyabrın 1-2-də, cavab matçını 22-23-də keçirəcək. “Qırmızı-qaralar” II mərhələyə yüksəlsə, ilk görüşə qonaq kimi çıxacaq.

Xatırladaq ki, 2013-2014 mövsümündən keçirilən UEFA Gənclər Liqasının ilk iki turnirində yalnız əsas komandası UEFA Çempionlar Liqasında çıxış edən klubların U-19 komandaları mübarizə aparıb. Ötən mövsümdən etibarən isə yarış yeni formatda keçirilir. Əsas komandası UEFA Çempionlar Liqasında oynayan klubların U-19 kollektivləri 8 qrupda qüvvəsini sınayır.

Qaliblər 1/8 finala, qrup ikinciləri pley-offa yüksəlir. Gənclər arasında çempionu qrupda mübarizə aparmayanlar arasında UEFA reytinqində ən yüksək 32 pilləni tutanların təmsilçiləri isə olimpiya sistemi ilə iki mərhələdə qüvvəsini sınayır. “Qəbələ”nin də çıxış etdiyi “Çempionlar yolu”nun 8 qalibi gələn il baş tutacaq pley-offda qrup ikinciləri ilə görüşəcək və 1/8 finalçıları müəyyənləşdirəcək.

1news.az

Paylaş:
464

Son xəbərlər

Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40
Bütün xəbərlər