Ərdoğan və Obama Çində görüşəcəklər | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan və Obama Çində görüşəcəklər

10:08 - 30 / 08 / 2016
Ərdoğan və Obama Çində görüşəcəklər

ABŞ Prezidenti Barak Obama ilə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan sentyabrın 4-də Çinin paytaxtı Pekində keçiriləcək "Böyük İyirmiliy"in (G20) sammiti çərçivəsində görüşəcəklər.

Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini Ben Rods məlumat verib.

Tərəflər hərbi çevrilişə cəhddən sonra Türkiyədəki vəziyyəti, Suriya və İraqda İŞİD-lə mübarizəni, miqrant böhranını və digər məsələləri müzakirə edəcəklər.

Anadolu

Paylaş:
848

Son xəbərlər

Bütün xəbərlər