Şirvanda içərisində 43 min manat olan bankomat oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şirvanda içərisində 43 min manat olan bankomat oğurlanıb

13:05 - 31 / 08 / 2016
Şirvanda içərisində 43 min manat olan bankomat oğurlanıb

Şirvan şəhərində bir banka məxsus bankomat oğurlanıb.

1news.az APA-ya istinadən xəbər verir ki, polisə bu gün saat 04.00 radələrində Hacı Qəhrəmanlı qəsəbəsində yerləşən bankomatın oğurlanması barədə məlumat daxil olub.

İlkin ehtimala görə, bankomatda 43 min manat olub.

Şirvan Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

1news.az

Paylaş:
483

Son xəbərlər

Bütün xəbərlər