Rusiyadan Türkiyəyə çağırış | 1news.az | Xəbərlər
Dünya

Rusiyadan Türkiyəyə çağırış

17:40 - 31 / 08 / 2016
Rusiyadan Türkiyəyə çağırış

Rusiya Türkiyəni Suriyada keçirdiyi hərbi əməliyyatları Bəşər Əsəd hökuməti ilə razılaşdırmağa, bu ölkədə müxalif və etnik qruplara zərbə endirməkdən yayınmağa çağırıb.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bildirib:

“Suveren dövlətin ərazisində keçirilən hər hansı bir hərbi əməliyyatı həmin ölkənin hökuməti ilə razılaşdırmaq lazımdır. Ankaranı müxalif qüvvələrin və Suriya kürdləri də daxil olmaqla, etnik qrupların dislokasiya olunduğu yerlərə zərbə endirməkdən yayınmağa çağırırıq”, - deyə Rusiya XİN sözçüsü qeyd edib.

1news.az

Paylaş:
579

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər